«Kaspian Biznes Menecment və Konsaltinq» MMC (CBMC) həm Azərbaycan ərazisində, həm də ölkədən kənarda şəhər və kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğuların tikilməsi və yenidənqurulması sahəsində məsləhətçi və layihələndirmə xidmətləri göstərir. Biz fəaliyyətimizi su təchizatı və kanalizasiya layihələrinin hazırlanması, obyektlərin tikinti mərhələsinə və zəmanət müddətinə məsləhətçi nəzarəti, layihə çərçivəsində yerli və xarici mütəxəssislərin işlərinin koordinasiyası, eləcə də tikinti xərclərinə nəzarət edilməsi sahəsində olan çoxillik təcrübəmizə əsaslandırırıq. Layihələndirmə işlərində ən son texnologiyanın tətbiq edilməsi layihənin hazırlıq müddətini qisaldır, layihə sənədlərinin keyfiyyətini artırır, və bu da tikintinin son qiymətini əhəmmiyyətli dərəcədə azalmasına səbəb olur. Şirkətimizdə ISO 9001:2015 keyfiyyət sistemi üzrə sertifikatlaşmanın tətbiq edilməsi müəssisənin iş prinsipinin  keyfiyyətinin müəyyən standartlara cavab verməsinin bir göstəricisidir. Bu isə öz növbəsində effektiv fəalliyyətin, stabil və keyfiyyətli məhsulun/xidmətin təmin edilməsinə zəmanət deməkdir. Layihə işlərinə 30 ildən çox təcrübəyə malik ekspertlərlə yanaşı, iş metodlarına yeni  baxışları olan gənc layihəçilər də cəlb edilir. Layihə işləri həm yerli həm də beynəlxalq standartları nəzərə alaraq yerinə yetirilir. Bununla da, biz gördüyümüz işlərdə peşəkar mühəndis heyətinə, yüksək texniki təminata və ən yeni texnologiyanin tətbiqinə zəmanət veririk. Texniki standartlara və layihələndirmə qaydalarına, 1-ci və 2-ci dərəcəli binaların tikintisinə nəzarət, bələdiyyə və özəl şəhər infrastrukturlarının qurulmasına nəzarət standartlarına cavab verən lisenziyalarımızın olması CBMC-nin bu sahədə yüksək rəqabətlilik qabiliyyətinin olmasını sübut edir. Şirkətimizin lisenziyaları Azərbaycan, Qırğızıstan, Gürcüstan ərazisində layihələndirmə işlərini icra etmək üçün etibarlıdır. Fəaliyyətimizin əsas prinsipi – uzunmüddətli əməkdaşlığı hədəf tutmaq, işdə hər bir detala diqqət etmək, habelə sifarişçilərimizə qabaqcıl və sərfəli həlli yollarını təqdim etmək, və bununla da dəqiq hesablanmış layihələrin hazırlanmasına nail olmaqdır. Bizimlə əməkdaşlığı seçmiş hər bir safarişçimizə dəyər verdiyimiz üçün işimizin keyfiyyətinə zəmanət veririk.