Fəalİyyət sahələrİ

Layihə-smeta sənədlərinin hazırlanması

Texniki dizayn, işçi-layihə sənədlərin hazırlanması, əvvəllər hazırlanmış layihələrin əsaslı təmiri üçün tənzimlənməsi.

Memarlıq layihələndirilməsi

Yaşayış və inzibati binaların, kotteclərin, kənd evlərinin və s. obyektlərin tikintiyə hazırlıq və tikintiyə dəstək üçün kompleks layihələndirmə işlərini həyata keçiririk.

Mühəndislik tədqiqatları

Topoqrafiya və geodeziya işləri, 1: 10000 - 1: 500 arasında miqyas planların tərtibi; geodeziya şəbəkələrinin qurulması və ərazinin rəqəmsal xəritələrinin tərtibi; CAD və GIS platformasında tematik geodatabazaların yaradılması; tikililərin və binaların deformasiyasının və meylinin izlənməsi.

Ətraf mühit

Biz yeni məhsulların layihələndirilməsi və icra edilməsi prosesinə məsuliyyətlə yanaşdığımız üçün təkcə məhsulun hazırlanması ilə kifayətlənmir, eyni zamanda, partnyorlarımızla birgə təklif etdiyimiz sistemin bütün fəaliyyət mərhələlərində onun ətraf mühitə təsirinin qiymətləndirilməsində də iştirak edirik.

Satınalma

Əsas şərtlər toplusunun və tender sənədlərinin paketlərinin hazırlanması; Texniki tapşırığın tərtib olunması; Təlimatlar və göstərişlər; Müqavilələr və danışıqlar.

Müəllif nəzarəti

Layihənin müəllifi olaraq şikətimiz aşağıdakı idarəedici funksiyaları yerinə yetirir: Qurğuların tikinti texnologiysına əməl olunmasına nəzarət; Layihə göstəriclərinə-dəyərlərinə nail olmaq; Layihə sənədləri ilə uyğunluğun təmin olunması; Əlavə, düzəliş edilmiş (sifarişçinin razılığı ilə) və ya dəqiqləşdirici layihə sənədlərinin hazırlanması; İcazə verilən materialların və avadanlıqların istifadəsi; Təchizatın keyfiyyəti.