



«Kaspian Biznes Menecment və Konsaltinq» MMC (CBMC) həm Azərbaycan ərazisində, həm də ölkədən kənarda şəhər və kəndlərdə su təchizatı və kanalizasiya sistemlərinin, çirkab su təmizləyici qurğuların tikilməsi və yenidənqurulması sahəsində məsləhətçi və layihələndirmə xidmətləri göstərir. Biz fəaliyyətimizi su təchizatı və kanalizasiya layihələrinin hazırlanması, obyektlərin tikinti mərhələsinə və zəmanət müddətinə məsləhətçi nəzarəti, layihə çərçivəsində yerli və xarici mütəxəssislərin işlərinin koordinasiyası, eləcə də tikinti xərclərinə nəzarət edilməsi sahəsində olan çoxillik təcrübəmizə əsaslandırırıq. Layihələndirmə işlərində ən son texnologiyanın tətbiq edilməsi layihənin hazırlıq müddətini qisaldır, layihə sənədlərinin keyfiyyətini artırır, və bu da tikintinin son qiymətini əhəmmiyyətli dərəcədə azalmasına səbəb olur.

Quba şəhərinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi

Sumqayıt şəhərinin, Corat, H.Z.Tağıyev və Ceyranbatan qəs-nin hissələrinin su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi
Xİdmətlər
Məsləhət xidmətləri
Layihələndirmə və texniki ekspertiza


